Haqqımızda

A-KOND ŞİRKƏTİ

A-kond şirkəti rəqabətçil və davamlı böyümə potensiyalına malik dünya səviyyəli xidmətləri göstərməyi və bunu həyata keçirərkən işçilərimizi təhlükəsiz iş yerləri ilə təmin etməyi, şəffaflığı, beynəlxalq keyfiyyət standartlarını və ətraf mühitin qorunmasını özündə əsas tutaraq 2006 cı ildən Azərbaycan Respublikasında binaların, üzən qurğuların və platformaların mərkəzləşdirilmiş isitmə və soyutma sistemlərinin həmçinin split kondisioner sistemlərinin quraşdırılması və xidməti işlərinə start vermişdir.

Split kondisioner və VRF sistemləri üzrə bir “Dünya Markası” olan SANYO şirkətinin Azərbaycandakı rəsmi distributorluğunu alaraq, A-kond gücünə güc qatmışdır.

Bütün bu olan işləri görərkən əsas məqsədimiz Müştəri əsaslı keyfiyyətli xidmətlərin göstərilməsinə üstünlük verilmişdir.

Şirkət öz daxili keyfiyyət standardlarını yüksəltmək məqsədi ilə şirkətin etik kodekslərini təsis etmişdir.

Şirkətin etik kodeksləri

  • Düzgünlük: şirkət səhmdarlarına və işçilərinə qarşı düzgünlük siyasəti bizim ən əsas dəyərlərimizdir. “Düzgünlük ən yaxşı siyasətdir” anlayışı əsas hədəfimizdir.

  • Məxfilik: şirkətimizin 3-cü şirkətlərə və şəxslərə qarşı şirkətə aid olan məlumatların məxfilik qaydalarına riayət edilərək qorunmasını təmin etməliyik.

  • Mənfəət: davası şirkət öz işçilərin şirkətdən sui istifadə edərək özlərinə etik olmayan yollardan gəlir əldə etmələrini qətiyyən qadağan edir.

  • Müştəri: şirkətimizin ən əsas hədəfi olmaqla yanaşı müştərilərin məmnuniyyəti, onların ehtiyyaçlarını hər daim qarşılamağı və onların tələblərinin hər zaman bir önündə olmağı özünə vəzifə sayır.

  • Səhmdarlara qarşı məsuliyyətimiz: şirkətin davamlılığına və keyfiyyətli işlər görməyinə prioritet tanıyaraq lazımsız risklərdən uzaq durmağı və şirkətimizin davamlı gəlir əldə etməsini özümüzə əsas vəzifə sayırıq.