"Xəbərlər"

HITACHI-nin yapon nümayəndələri A-kond MMC-ni ziyarət etdi

2016-cı ilin son ayında A-kond MMC olaraq daha bir qonaq qarşıladıq. Mərkəzi kondisioner sistemləri sahəsində dünyanın ən qabaqcıl markalarından biri olan HITACHI firmasının ticarət və biznes sahəsinin, beynəlxalq satış və servis departamentinin Yaponya ofis meneceri HARUA TODA, Türkiyə və Qafqaz bölgəsi distirbütorlər meneceri MEHMET BAHADIR TAŞKONAK qonaqlarımız olmuşdur. Qonaqların gəliş məqsədinin əməkdaşlığın daha da güclənməsi yönündə olduğunu nəzərə alsaq müzakirələrin hər iki tərəf üçün uğurla başa çatdığını deyə bilərik. 2017-ci ildə A-kond MMC HITACHI firmasını Azərbaycan bazarında daha güclü təmsil edəcəkdir.
İclasdan sonra xarici firma nümayəndələri ilə Akond şirkətinin yeni binasında ekskursiya keçirilmişdir, həmçinin qonaqların Bakıda ilk dəfə olduqlarını bildiyimiz üçün onları şəhərimizin turistik məkanları ilə də tanış etdik. Gəzinti müddətində şirkətin yerli bazar potensialı barəsində ətraflı məlumat verilmişdir.

facebooktwittergoogle_plusmail

Hisense UEFA EURO 2016-da 10 qlobal sponsordan biri!

Azərbaycandakı rəsmi distributoru olan Akond MMC Hisense-in UEFA EURO 2016-nın ən böyük 10 qlobal sponsorundan biri olmasından qürur duyur! Hisense Group UEFA EURO 2016 qlobal sponsoru olaraq yarışa 56 ildə sponsor olan ilk Çin brendi kimi tarixə düşdü. Hisense sponsorluğunu 2017-ci ilin sonuna kimi davam etdirəcək. Həmçinin Hisense 2018 FIFA World Cup-un seçim turları, UEFA Futsal EURO 2016, 2017 UEFA European Under-21 Championship, Qadınlar üzrə UEFA EURO 2017-yə də sponsorluq edəcək.
UEFA EURO 2016-nın marketing direktoru Laurent Epstein “Biz Avropa və Amerikada ən sürətlə böyüyən Çin markası Hisense-i qəbul etməyə şadıq, xoş gəldin sponsor ailəmizə”! deyərək əməkdaşlıqlarını müsbət dəyərləndirib. Hisense Group-un vitse prezidenti Cheng Kaixun isə “Biz qürur duyuruq ki, UEFA EURO 2016 qlobal sponsorlarından biriyik! Hisense Çin brendləri içində idmana dost olması ilə seçilir, son illərdə dünyada yayılan idman marketinginin uğuru bizi şad edir. UEFA ilə əməkdaşlıq bizim xeyrimizədi.” deyərək öz məmnuniyyətlərini bildirib.
Qeyd etmək istərdik ki, UEFA EURO 2016-da Hisense-in adı Carlsberg, Coca-Cola, Continental, Hyundai-Kia, McDonald’s, Orange, SOCAR və Turkish Airlines kimi 9 nəhəng şirkətlə bir sıradadı.

Hisense sponsorship certificate

Slide-Hisense-EURO-2016-valide

logo_HISENSE_UEFA

facebooktwittergoogle_plusmail

Şüvəlan qəsəbəsində 2 nömrəli xüsusi internat məktəbinin açılışı olub!

Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə eşitmə və nitq qüsuru olan şagirdlər təhsil alırlar. Burada təhsil iki şöbəlidir. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub.

Qeyd etmək istərdik ki, Şüvəlan 2 nömrəli xüsusi internat məktəbininin yenidənqurma işlərində qazanxana, havalandırma, isitmə və soyutma sistemləri məhz bizim firmaya məxsusdur!

1448300879551894035_1000x560

14483008794260451869_1000x560

14483008793818142785_1000x560

14483008793051345778_1000x560

14483008792959014237_1000x560

14483008791983947439_1000x560

14483008791742140352_1000x560

14483008791351715164_1000x560

14483008791287547825_1000x560

14483008791089337498_1000x560

14483008785130056662_1000x560

144830087922030853_1000x560

facebooktwittergoogle_plusmail

Atletlər və Media kəndlərinin açılışı oldu!

Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva avadanlıq satışı Akond MMC tərəfindan reallaşdırılan Atletlər və Media kəndlərinin açılışında iştirak ediblər.
Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi. Qeyd edildi ki, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə – Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin qalacağı binalarda yaradılan şəraitlə tanış oldular. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.

41250

41251

41254

41255

41256

41257

41260

41261

41262

41263

41266

41267

41272

41273

41277

41299

41301

41303

41305

facebooktwittergoogle_plusmail

Daha bir layihəmizin açılışı oldu! – “Dalğa Beach-Aqua Park”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avadanlıq satışı ve quraşdırılması Akond MMC tərəfindan reallaşdırılan “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak edib.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər.
Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq guşələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhval-ruhiyyə yaradacaq. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri də burada daimi fəaliyyət göstərən və orijinallığı ilə seçilən su attraksionunun olmasıdır.

41338

DCIM100MEDIADJI_0012.JPG

41314

41315

41316

41317

41321

41322

41324

41326

41327

41329

41331

41332

41335

41336

41337

41338

41340

41342

41343

41344

facebooktwittergoogle_plusmail

“Neftqaztikinti” Trestinin yeni inzibati binası istifadəyə verildi

Avadanlıq satışı ve quraşdırılması Akond MMC tarafından gerçəkləşdirilən “NeftQazTikinti” Trestinin yeni inzibati binasının açılışı Rövnəq Abdullayev tərəfindən reallaşdırıldı. Tədbir şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilmişdir.
Rəmzi qırmızı lenti kəsən Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuşlar. SOCAR prezidentinə məlumat verilmişdir ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilmişdir. Binanın inşasına ötən ilin yanvar ayından başlanılmışdır. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilmişdir. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunmuşdur. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılmış, asfalt örtüyü salınmış, yaşıllıqlar salınmışdır. SOCAR prezidenti Rövnəq Abdullayev yeni inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləmişdir. O, yeni binanın açılışı münasibəti ilə kollektivi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

cadsc_5155

cadsc_5135

cadsc_5149

cadsc_5161

cadsc_5168

cadsc_5170

cadsc_5175

tttrest

facebooktwittergoogle_plusmail

Bakı Atıcılıq Mərkəzinin açılışı

Avadanlıq satışı Akond MMC tərəfindən gerçəkləşdirilən “Bakı Atıcılıq Mərkəzi” və “Bakı Atıcılıq Mərkəzi Otel” layihələrinin açılışı Prezident İlham Əliyev tərəfindən reallaşdı. Açılışda həmçinin birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri də iştirak edirdi.
Müasir idman infrastrukturuna malik Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir. Onu da deyək ki, bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Burada içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb. Belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.

39153 (1)

39149

39147

39145

39138

39133

39132

39131

39127

39095

39148

39143

facebooktwittergoogle_plusmail

2014-cü ilin ən yaxşı distribyutoru!

Hisense firmasının Azərbaycanla bərabər ABŞ, Brazilya, Yaponiya, Rusiya, Polşa, Malaziya, Türkiyə, Ukrayna Və Gürcüstan kimi ölkələrdə həmçinin rəsmi dillerlərinin olmasına baxmayaqraq bu il yenidən Akond MMC-ni 2014-cü ilin ən yaxşı distribyutoru elan etdi! Bu firma olaraq bizim və bizə qiymət verən müştərilərimizin uğurudu!

IMG_3423

IMG_3445

facebooktwittergoogle_plusmail

Dubay “The Big 5″ sərgisinə iştirak etdik

Dubay “The Big 5″ sərgisinə iştirak etdik.
Sərgidə HVAC (iqlim) avadanlıqları, ventilyasiya / istilik / kanalizasiya sistemləri, su filtrləri, plastik borular, fittinqlər, qaynaq aparatları, radiatorlar, qazanlar (boylerlər), su çənləri, günəş enerjisi ilə işləyən kollektorlar / hava qızdırıcıları, soyuducu aqreqatlar, havalandırma / ventilyasiya kanalları, hava şlanqları, qaz filtrləri /tənzimləyiciləri, istilik mübadiləsi qurğuları və bir sıra digər məhsullar geniş nümayiş etdirilir.IMG_1177

facebooktwittergoogle_plusmail
Səhifələr:12»