“Neftqaztikinti” Trestinin yeni inzibati binası istifadəyə verildi

Avadanlıq satışı ve quraşdırılması Akond MMC tarafından gerçəkləşdirilən “NeftQazTikinti” Trestinin yeni inzibati binasının açılışı Rövnəq Abdullayev tərəfindən reallaşdırıldı. Tədbir şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilmişdir.
Rəmzi qırmızı lenti kəsən Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirmiş, yaradılmış şəraitlə tanış olmuşlar. SOCAR prezidentinə məlumat verilmişdir ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilmişdir. Binanın inşasına ötən ilin yanvar ayından başlanılmışdır. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilmişdir. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunmuşdur. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılmış, asfalt örtüyü salınmış, yaşıllıqlar salınmışdır. SOCAR prezidenti Rövnəq Abdullayev yeni inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləmişdir. O, yeni binanın açılışı münasibəti ilə kollektivi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

cadsc_5155

cadsc_5135

cadsc_5149

cadsc_5161

cadsc_5168

cadsc_5170

cadsc_5175

tttrest

facebooktwittergoogle_plusmail

Bütün xəbərləri oxu